Interposta.Info

Gəncədə partlayan binadan son xəbər - VİDEO

Ölkə
 3-01-2019, 14:31     10 332

Gəncədə qaz sızması nəticəsində partlayış baş verən binanın sökülməsinə qərar verilib.

Bu barədə REAL-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Sökülən dördmərtəbəli binanın yerində özəl şirkət tərəfindən yeni yaşayış binası inşa ediləcək, partlayış baş verən binada yaşayan ailələr isə yeni binada mənzillə təmin ediləcəklər.

Bina inşa edilənədək ailələrə kirayədə qalmaq üçün pul ödənilir. Artıq Nazirlər Kabineti bunun üçün vəsait ayırıb və ailələrin bank hesablarına kirayə pullarının köçürülməsinə başlanılıb. Kirayə pulu ailələrin partlayışa qədər yaşadıqları evlərin sahəsinə uyğun olaraq 250 manatdan başlayır.

Partlayış baş verən binanın söküntüsünə yaxın günlərdə başlanacağı gözlənilir.

Qeyd edək ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Dağıntılar altından 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyitləri çıxarılıb. 1 nəfər yaralı, 1997-ci il təvəllüdlü hərbçi Məmmədli Orxan Oktay oğlu Gəncə Hərbi Hospitalına yerləşdirilib.

Partlayış nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26