Interposta.Info

FHN göydələndəki yanğınla bağlı məlumat yaydı -

Müxtəlif
 28-04-2018, 20:45     10 566

Bakının Heydər Əliyev prospektində yerləşən göydələndə yanğın baş verib.

"XeberBiz" xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkələrə video yükləyib.

APA-nın yaydığı məlumata görə, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Yanğın baş verən əraziyə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

***

Baş verən yanğın lokallaşdırılıb. Məlumata görə, yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Yanğın söndürülüb. Hazırda yanğının səbəbləri araşdırılır.

***

Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə 12:10 radələrində daxil olub. Təxminən 3 saatdan artıq davam edib. Yanğın tam söndürülüb.

Bu sözləri Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".

***

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Axar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 32 mərtəbəli binanın (hazırda istismar olunmur) metal konstruksiyalardan ibarət xarici divar üzlüyünün altına çəkilmiş şüşə-pambıq örtüyü 390 m² sahədə yanıb.

"Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda vurğulanıb.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26