Interposta.Info

Bakıda “Taxta bazarı”nda yanğın söndürüldü -

Ölkə
 19-06-2018, 11:08     10 426

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.


10:14

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev APA-ya bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".

Son məlumata görə, yanan Nərimanov rayonunda "Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyüdür.

Qaynarinfo-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Bakıda səhər saatlarında güclü yanğın baş verib.

"XeberBiz" Trend-ə istinadən bildirir ki, Nərimanov rayonu ərazisində tikinti materialları mağazası yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

interposta.info

Bakıda “Taxta bazarı”nda yanğın söndürüldü -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26