Interposta.Info

Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto

Ölkə
 19-06-2018, 11:20     10 421

"Nanəli" restoranında yanğının söndürülməsi işləri davam etdirilir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.

Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.

***

Bakıda restoran yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

interposta.info
Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto
Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto
Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto
Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto
Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto
Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto
Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto
Bakıda restoranda baş verən yanğın lokallaşdırılıb - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26