Interposta.Info

Bakıda lift qəzasında bir nəfər öldü

Ölkə
 4-10-2018, 20:22     10 706

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi rayonunda baş verən lift qəzası ilə bağlı məlumat yayıb.

"XeberBiz" nazirliyə istinadən xəbər verir ki, FHN-nin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının liftinin şaxtasından 1974-cü il təvəllüdlü Yusifova Mahirə Yusif qızının meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri M.Yusifovanın meyitini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Qaynarinfo yenicag.az-a xəbər verir ki, 5-ci mikrorayonda Asif Məhərrəmov 44a ünvanında yerləşən yaşayış binasının təmirdə olan lifti zənciri qırılaraq şaxtaya düşüb. Bu zaman aşağıda təmizlik işləri aparan xadimə liftin altında qalıb. Onun elə hadisə yerindəcə keçindiyi bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26