Interposta.Info

Bakıda daha bir nəfər dənizdə boğuldu

Ölkə
 27-07-2018, 19:41     10 701

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6000 metr aralı, nəzarətsiz ərazi) 3 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

"XeberBiz" FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 2 nəfəri xilas edib və 1977-ci il təvəllüdlü Zərbəliyev Azər Allahverdi oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26