Interposta.Info

Kürdə meyit tapıldı - 3 gün əvvəl boğulan 11 yaşlı oğlanındır

Ölkə
 10-06-2018, 00:32     10 443

İyunun 6-da Kür çayının Hacıqabul rayonu, Meyniman kəndi ərazisindən keçən hissəsində batan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğlunun meyiti aşkarlanıb.

"XeberBiz" APA-ya istinadən xəbərinə görə, cəsəd çayın Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkar olunub. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.

"XeberBiz" FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26