Interposta.Info

Kürdə boğulan polislərdən birinin -

Ölkə
 3-07-2017, 15:41     584

Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində çimərkən boğularaq faciəvi şəkildə həlak olan polislərdən birinin fotosu yayılıb.
interposta.info
xəbər verir ki, fotosu yayılan polis əməkdaşı 1991-ci il təvəllüdlü Şahlar Ramiz oğlu Mamayevdir.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi dünən saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Xatırladaq ki, üç polis peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub.

interposta.info Big.az-a istinadən Şahlar Mamayevin fotosunu təqdim edirik:
Kürdə boğulan polislərdən birinin -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26