Interposta.Info

Kəlbəcərdə göldə boğulan kapitanın axtarışları davam edir

Ölkə
 18-06-2021, 10:08     433

Ötən gün Kəlbəcərdə göldə çimərkən boğulan Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Fərzəliyev İlham Allahverdi oğlunun axtarışları davam edir.

"İnterPosta" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü İ.Fərzəliyevin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Xatırladaq ki, faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, İlham Fərzəliyev Vətən müharibəsində iştirak edib və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26