Interposta.Info

Kürdəmirdə ər arvadını güllələdi - FOTO

Ölkə
 13-09-2018, 20:20     10 479

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Aşıq Şakir küçəsi, ev 9 ünvanında qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 44 yaşlı Şahin Məmmədbağır oğlu Kərimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı Qumru Tofiq qızı Salayevanı ov tüfəngi ilə vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Q.Salayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ş.Kərimov könülü şəkildə polisə təslim olub.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

interposta.info

Kürdəmirdə ər arvadını güllələdi - FOTO
Kürdəmirdə ər arvadını güllələdi - FOTOKürdəmirdə ər arvadını güllələdi - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26