Interposta.Info

Yer kürəsinin qorxulu gələcək ssenarisi - Temperatur 2 dərəcə qalxsa...

Ölkə
 8-08-2018, 21:36     10 327

“Antroposendə Dünya Sisteminin Orbital Sistemi” adlı elmi araşdırma Yer kürəsinin gələcəyi ilə bağlı şok faktları üzə çıxarıb.

Publika.az xəbər verir ki, araşdırmaya görə. Yer kürəsindəki temperatur sadəcə 2 dərəcə qalxarsa, gözlənilənin əksinə bir “buz çağı” deyil, planetimizi yandırıb-yaxacaq “istilik çağı” başlaya bilər.

Buna səbəb Yer kürəsinin qlobal istiləşmə təhlükəsi ilə qarşı-qarşıya qalmasıdır. Bu istiliklə buzlaqlar da, haradasa, tamamilə əriyəcək və dəniz səviyyəsi 60 metrə kimi yüksələcək.

Bir çox elm adamı Yer kürəsinin “Antroposen” dövrünə daxil olduğunu qəbul edir. Bu dövr insanın hərəkətləri ilə planeti birbaşa təsiri altına salan dövrü ehtiva edir.

Araşdırmada iştirak edən Kopenhagen Uniersitetinin mütəxəssisi Katarina Riçardson da “istilik çağı”nın başlamasə durumunda geri dönüş olmayacağını bu qorxulu ssenariyə əlavə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26