Interposta.Info

Yer kürəsinin ən dəhşətli son 50 ili - İnsanlar nələri məhv edib?

Ölkə
 8-01-2018, 16:12     10 338

Dünya əhalisinin sayı çoxaldıqda, təbii ehtiyatların da sayı azalır.

BakuPost.az xəbər verir ki, aparılan araşdırmalara görə, son 50 il Yer küsərinin təbii resurslarının insan tərəfindən istismar və azaldılmasına görə ən dəhşətli dövr sayılır.

Araşdırmalar zamanı müəyyən olunub ki, 50 ildə insan aşağıdakı təbii resurslara ziyan vurub:

-80% iriçəkili balıq ehtiyatı məhv edilib

-Okeanda balıqtutma ərazilərinin 22-si tamamilə istismar olunub

-20% okean sahili ərazilərdə suyun dibi o dərəcədə çirkləndirilib ki, orda heç bir canlı yaşaya bilməz

-Dünya meşə ehtiyatının 40%-i məhv olunub

-Yer kürəsindəki meşələrin 25%-i qırılıb, deqradasiya olunub

-15 000 göl qurumağa doğru gedir

-Hər il kimya sənayesi ətraf mühitə 70.000 ton müxtəlif tərkibli birləşmələr buraxır ki, ildən-ilə bu birləşmələrə yeniləri əlavə olunur. 50 ildə bu tullantıların miqdarı ümumilikdə 150 il ərzində atılmış tullantının miqdarını ötüb keçib

-Son 50 ildə quş növlərinin 11 %-i məhv olunub, 8% bitki növü yoxa çıxıb

-Mərcan riflərinin 60%-i ekoloji çirklənib və balıq ehtiyatının azalması səbəbi ilə kirlənib

-Ümumilikdə planetin 30%-i resursu istismar olunub, xərclənib, 20%-i yararsız hala salınıb

Yer kürəsi əhalisi isə sürətlə artır. Bu gedişlə təbiət resursları ilə insan sayı arasında kəskin fərq olacaq və insanlıq özü-özünü məhv etmə mərhələsinə keçəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26