Interposta.Info

“Atası dedi ki, pulum yoxdur, get həbs elə” – Dayısı oğlu tərəfindən soyulan şəxs DANIŞDI –

Ölkə
 7-07-2018, 15:59     10 318

Bibisinin evinə qanaq gələn 24 yaşlı Cabir adlı şəxs oradan 1300 manat oğurlayıb.

ARB TV xəbər verir ki, hadisə Abşeron rayonu, Məmmədli kəndində qeydə alınıb.

Zərərçəkən Rüstəm Salmanovun sözlərinə görə, dayısı oğlu yeni evlənib və ailəsində narazılıq yarandığı üçün 4 gündür ki, onlarda qalırmış.

Rüstəm Salmanov - zərərçəkən: “Mən bir qardaş kimi ona yemək, su, siqaret, hər şey alıb gətirirdim. Dünən işdən evə gəldim, hardasa saat 10-11 arası idi. Əlimi atdım "zamok"a, həmişə bağlı olurdu. Zəng elədim bacıma ki, otağın qapısı açıqdır. Dedi ki, ola bilməz. Mən də balonda pul yığıram, maşın almaq istəyirdim”.

Avtoyuma məntəqəsində çalışan Rüstəm Salmanov əziyyətlə yığıdığı pulların oğurlandığını başa düşəndə artıq gec olub. Məhəllə sakinlərindən aldığı məlumata görə, Cabir əlində sellofan paketlə evdən uzaqlaşıb.

Rüstəm Salmanov - zərərçəkən: “Ondan sonra kalan zəng vurdum. 3-4 dənə mobil nömrəsi var. Zəng çatmadı. Öz valideynləri ilə də əlaqə saxladım, telefonu qaldırmadılar. Maşınla getdim qapılarını döydüm, açmadılar. Girdim doğmaca dayıma dedim ki, oğlun evimi qarət edib, pullarımı aparıb. İmkan varsa pullarımı qaytarın. Dedi mənim pulum yoxdu, get həbs elə”.

interposta.info xəbər verir ki, faktla bağlı araşdırmalar davam edir.


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26