Interposta.Info

İşdən qovulan generalın oğlu:

Gündəm
 22-12-2017, 15:23     10 669

General Novruzəli Orucovun xuliqanlıqda təqsirləndirilən oğlu Rüstəm Orucovun və onunla birgə ittiham olunan Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az- ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində keçilən prosesdə təqsirləndirilən Rüstəm Orucovun vəkili Kamandar Nəsibov və Kənan Vəliyevin vəkili İlyas Kərimov iştirak etməyib.

Hakim Rüstəm Orucov və digərlərinə son söz deməyi təklif edib.

Lakim Rüstəm Orucov vəkili olmadığına görə son söz demək istəməyib: "Vəkilim gəlsin, son sözümü deyəcəm".

Proses dekabrın 29-a dək fasilə elan edib.

Xatırladaq ki, prokuror çıxışında Rüstəm Orucovun 6 il, digər təqsirləndirilən şəxslərin isə 3 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan qməhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər təqsirləndirilən iki nəfər barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26