Interposta.Info

Rüstəm Usubovdan Ağstafadakı cinayətlə bağlı açıqlama

Ölkə
 20-06-2019, 17:38     10 261

"Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adamöldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır".

İnterPosta.info xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

R.Usubov Ağstafada ölümlə nəticələnən hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzun müddətli dava olub: "Vəzifəli şəxslər vaxtı ilə ailələrlə ciddi söhbətlər apararaq onları həmişə barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26