Interposta.Info

Marketdə məhsulları əzən Rüstəm Orucov bu generalın oğlu imiş (FOTO/VİDEO)

Gündəm
 5-05-2021, 11:35     762

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkən Rüstəm Orucovun tanınmış generalın oğlu olduğu məlum olub.

"İnterPosta" musavat.com-a istinadən xəbər verir ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov 2017-ci ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü. Bu hadisədən sonra Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26