Interposta.Info

Natiq Əliyevin oğlundan villanın sökülməsi xəbərinə reaksiya

Ölkə
 19-05-2018, 09:43     10 416

Bu gün mərhum nazir Natiq Əliyevə məxsus Teymur Əliyev küçəsindəki villanın satılması və onun sökülərək yerində otel tikilməsi ilə bağlı məlumat yayılmışdı.

Xəbərlə bağlı "Qafqazinfo” ilə əlaqə saxlayan N. Əliyevin oğu Fərhad Əliyev yayılan məlumatlardan böyük təəssüf hissi keçirdiyini bidirib.

O, həmin ünvanda həqiqətən də atasına aid evin olduğunu təsdiqləyərək orada anasının yaşadığını söyləyib.

Lakin F. Əliyev bu evin satılması ilə bağlı xəbərin yalan olduğunu, atasının ilinə hazırlaşdıqları bir zamanda belə bir informasiyanın yayılmasından böyük məyusluq hissi keçirdiyini qeyd edib.

Sabiq nazirin oğlu mətbuatdan əvvəllər olduğu kimi, bundan sonra da atası ilə bağlı mövzularda həssas davranmağı xahiş edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26