Interposta.Info

Kərəm Həsənov hara baxır? - Video

Ölkə
 5-04-2018, 21:57     10 563

Bir əsirlik tarixi olan ata-baba bağları əllərindən alınan vətəndaşlar üsyan edir

Bakı şəhər sakini Quliyeva Nurəngiz Xanlar qızı və digərləri bir əsrdən artıq bir müddətdir onlara məxsus olan dədə-baba bağ torpaqlarının əllərindən saxta sənədləşmə yolu ilə alındığını iddia edirlər.

Şikayətçilər bildirirlər ki, onlar yaranmış narazılıqla bağlı bir sıra dövlət qurumlarına şikayət edib, hətta Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da qəbulunda olublar, ancaq problem bu günə kimi həllini tapmayıb. Aparılan yeni sənədləşmə əsasında bağları başqa vətəndaşlara verilən şikayətçilər bu işdə başlıca təqsirkar kimi Dövlət Reystr Xidmətini görürlər.

interposta.info Azinforum.az-ın vətəndaşların şikayəti əsasında hazırladığı videoreportajı təqdim edir. Videoreportajda adları çəkilən qurumlar və şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26