Interposta.Info

Bakıda avtomobil toqquşmadan sonra alışdı - sürücü yandı (VİDEO)

Ölkə
 2-04-2018, 08:11     10 395

Ötən gecə Bakıda iki avtomobilin toqquşması yanğına səbəb olub. Hadisə metronun ''20-yanvar'' stansiyası yaxınlığında qeydə alınıb.

"XeberBiz" xezerxeber-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, ''Mersedes'' markalı minik avtomobili ''Vaz-2106'' markalı avtomobillə toqquşıub. Güclü zərbə alan ''Vaz'' markalı maşın bir qədər kənara gedərək yanmağa başlayıb. Dərhal ətrafda olan şahidlər avtomobildən sürücünü çıxarmağa çalışıblar. Amma buna baxmayaraq sürücü yanıq xəsarətləri alıb. O dərhal xəstəxanaya aparılıb. Əraziyə gələn yanğınsöndürənlər yanan maşını söndürüblər. Məlumata görə, avtomobil yanaraq tamamilə yararsız hala düşüb.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26