Interposta.Info

Bakıda cərimə meydançası yandı – Onlarla avtomobil yararsız hala düşdü

Paradoks
 29-06-2018, 17:45     10 553

Bakıda yanğın başlayıb

Hazırda paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançası yanır.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.

Yanan maşınlar arasında "BMW", "Niva" və VAZ 2106, 07 də var. Maşınların çoxu istifadəyə yararsızdır.

Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Yanğına ilkin səbəb kimi, zibil vedrələrinin yanması göstərilir.“Qafqazinfo”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26