Interposta.Info

Sumqayıtda idmançının avtomobili belə yandı -

Ölkə
 23-03-2017, 07:20     382

Minik vasitəsi yanaraq yararsız hala düşüb

Bu gün günorta saatlarında Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində yanğın hadisəsi qeydə alınıb.

Xeberle.com xəbər verir ki, vətəndaş Səbuhi Vəliyevin idarə etdiyi BMW markalı minik avtomobili hərəkətdə olan zaman alışmağa başlayıb. Avtomobildə olan sərnişinlər və sürücü dərhal avtomobili tərk edib, xəsarət alan olmayıb. Minik vasitəsi yanaraq yararsız hala düşüb.

Qeyd edək ki, Səbuhi Vəliyev Azərbaycan Budo Döyüş Növləri Federasiyasında çalışır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26