Interposta.Info

Birinci vitse-prezident :

Ölkə
 15-03-2018, 13:40     10 438

Azərbaycan uzun əsrlər boyu müxtəlif din və xalqların nümayəndələrinin dinc birgəyaşayışının məkanı olub.

interposta.info
xəbər verir ki, Trend-in məlumatına görə, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paytaxtında keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalının təqdim olunması mərasimi zamanı deyib.

Mehriban Əliyeva qeyd edib: “Hörmətli cənab Prezident, hörmətli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, xanımlar və cənablar, əziz qonaqlar və əziz dostlar! İlk növbədə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə qızıl medalla mükafatlandırıldığıma görə dərin minnətdarlığımı bildirmək istərdim. Mənim üçün yüksək universal dəyərləri və humanizm, qarşılıqlı anlaşma və sülh ideyalarını təşviq edən bu Mərkəzdən mükafat almaq böyük şərəfdir”.

Azərbaycanın Birinci vitse-prezidenti bildirib ki, multikulturalizm və müxtəliflilik ənənəsi ölkənin ən böyük dəyərlərindən biridir: "Biz ənənələrimizi qoruyuruq və bütün dünyaya açığıq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26