Interposta.Info

Əflatun Amaşov:

Ölkə
 10-03-2018, 12:43     10 395

"Həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün prezidentə müraciət olunmalıdır".

interposta.info
Qaynarinfo-a istinadən xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın VII qurultayında hesabat çıxışında deyib.

Şuranın sədri medianın problemlərindən də danışıb: "Hesab edirik ki, müasir dövr media reklamdan və satışdan daha çox qazanmalıdır. Qəzet kağızından əlavə dəyər vergisinin götürülməsi bizim üçün vacib məsələdir. Çap mediası gələcəkdə daha etibarlı arxiv rolunu oynayacaq, ona görə yazılı medianın dövrünün başa çatması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Bu mənada çap medianın satışına geniş imkanlar yaratmalıyıq, qəzet köçkləri ilə yanaşı, metro stansiyalarında da bu imkanlar yaradılmalıdır”.

Əflatun Amaşov bildirib ki, onlayn mediada reklam bazarının istənilən səviyyədə olmamasından onlara dövlət dəstəyi mütləqdir: "Ümumən mediaya dövlət dəstəyinin artırılmasına ehtiyac var. Region qəzetlərinə də dəstək olmalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26