Interposta.Info

Məktəbdə əxlaqsız video çəkənlərin adları... - Ekspert

Ölkə
 23-02-2018, 18:29     10 445

Son bir ay ərzində paytaxt məktəblərində baş verən əxlaqsız olayların görüntülərinin yayılması ictimaiyyətdə narahatlıq yaradıb. Bir müddət öncə 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. əxlaqsız video paylaşmışdı. Bu olaya hüquqi qiymət verilməsinə, R.C.-nın barəsində cinayət işinin qaldırılmasına və həbsinə, bu əxlaqsızlığın ictimaiyyət tərəfindən kəskin qınanmasına rəğmən, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin qız şagirdinin açıq-saçıq şəklini həmin məktəbin müəllimi yaydı.

Axar.az xəbər verir ki, məktəblərdə baş verən bu olaylarla bağlı müzakirələrə təhsil eksperti Kamran Əsədov da qoşulub. Ekspertin sözlərinə görə, problem məktəbin düzgün idarə olunmamasından qaynaqlanır:

“İdarə edənin səriştəsiz və bacarıqsız olması bu problemlərə yol açır.

Məktəbdə əxlaqsız video, şəkil çəkdirənlərin açıq şəkildə adı və soyadı paylaşılmalıdır. Məktəbdə baş verən hadisələr şəxsi həyat olmur, ictimai qaydanın pozulmasıdır ki, bu zaman da cəza təyin olunmalıdır. Kimsə evində, oteldə nə oyundan çıxır, o ayrı. Amma məktəbdə baş verən bütün xoşagəlməz hadisələri törədən şəxslər açıq şəkildə ortaya qoyulmalı, cəzalandırılmalıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26