Interposta.Info

Bakıda güclü partlayış -

Ölkə
 6-02-2018, 21:59     10 472

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib.

interposta.info
Report-a istinadla xəbər verir ki, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

20:28

Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur.

Əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub.

Radioquraşdırma zavodu istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Radioquraşdırma zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26