Interposta.Info

Hazırlıq qruplarında oxuyanlar hərbi xidmətə çağırılacaq?

Ölkə
 5-01-2018, 08:49     10 214

Bu ilin sentyabrından ali məktəblərə qəbul imtahanlarında tələb edilən balı toplaya bilməyənlər üçün universitetlərin təkliflərinə əsasən hazırlıq qrupları təşkil ediləcək. Təbii ki, qızların hazırlıq qruplarında təhsil almalarında heç bir problem yoxdur. Amma oğlanların əsgərlik yaşı çatdığından bu məsələnin necə tənzimlənəcəyi hələ sual altındadır. Nəzərə alsaq ki, 18 yaşı tamam olmuş oğlanlara möhlət hüququ yalnız ali məktəblərə əyani qəbul olduqları halda verilir. Bu zaman haqlı sual yaranır- hazırlıq qrupunda oxuyanlar oğlanlar hərbi xidmətə çağrılacaqmı?

"XeberBiz" "Xəzər TV"yə istinadən xəbər verir ki, hərbi vəzifə və hərbi xidmət haqqında qanuna dəyişikilik edilə bilər. Bununla da ali məktəblərə daxil ola bilməyən oğlanlara da hərbi xidmətdən möhlət ala bilərlər.

Məsələ ondadır ki, bu ilin sentyabrında bir sıra universitetlərin nəzdnində fərqli ixtisaslar üzrə hazırlıq qrupları fəaliyyətə başlayacaq.1 ildən sonra isə hazırlıq qruplarındakı proqrama uyğun imtahan veriləcək.Yaxşı nəticə göstərənlər ali məktəbin 1-ci kursuna qəbul ediləcəklər. Qızların hazırlıq qrupunda təhsil almalarında heç bir problem yoxdur. Amma qəbul imtahanalrında iştirak edən oğlanların yaşı 17-18 civarda olduğundan, onlara hərbi xidmətdən möhlət hüququnun verilib-verilməməsi hələ məlum deyil.

Elm və təhsil haqqında qanuna görə yalnız bakalavr, magistr və doktorantura pilləsində təhsil alanlar möhlət hüququna malikdirlər. Millət vəkili Aydın Mirzəzadə deyir ki, bu məsələ ''elm və təhsil'' və ''hərbi vəzifə və hərbi xidmət haqqında''arasında uyğunsuzluq yaradır.

Aydın Mirzəzadənin sözlərinə görə hərbi vəzifə və hərbi xidmət haqqında qanunda dəyişikliklər edilərsə onda hazırlıq qruplarında təhsil almaq hüququ əldə edən oğlanlara da möhlət hüququ veriləcək

Sözügedən məsələnin Milli Məclisin yaz sesssiyasında müzakirəyə çıxarılacağı gözlənilir. Dəyişikliklərin qəbul edilib-edilməyəcəyi müzakirələrdən sonra məlum olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26