ARZU RƏHİMOV ŞANTAJA BOYUN ƏYİB VƏZİFƏ PAYLAYIR? - VİDEO
Son bir ildə bir neçə nəfər Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rəisi Arzu Rəhimovu şantaj edərək ondan vəzifə alıb. Bu barədə Rubrika.az saytına daxil olan məlumatda bildirilir ki, Arzu Rəhimov onu şantaj edən keçmiş işçilərinin qarşısında boyun əyir və onlara vəzifə verir. Qeyd edək ki, saytımıza daxil olan faktlar da bunu sübut etməkdədir.
Belə ki, mənbə bildirib ki, təqribən il yarım əvvəl Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin rayon rəislərindən biri mətbuat vasitəsi ilə Arzu Rəhimovu şantaj etməyə başladı. Bu şantajın qarşısını almaq üçün Arzu Rəhimov həmin şəxsi rayonların birinə xidmət rəisi yolladı. Bundan sonra isə Arzu Rəhimov davamlı olaraq öz keçmiş işçiləri tərəfindən şantaja məruz qalır.
Xatırladaq ki, bir müddət əvvəl, daha doğrusu yuxarıda bəhs edilən şəxs təqaüdə yollanıldığı üçün Arzu Rəhimovdan incik düşüb SHXÇDX rəisini mətbuat vasitəsi ilə şantaj edərək vəzifə aldıqdan qısa müddət sonra SHXÇDX-nin sabiq idarə rəisi, polkovnik-leytenant Ağaverdi Fəttahov da həmkarının yolu ilə gedərək Youtebe kanalında keçmiş rəisini açıq şəkildə ifşa edib.
Qeyd edək ki, Arzu Rəhimov 2012-ci ildə Ağaverdi Fəttahovu Xidmətin Tovuz rayon şöbəsi vəzifəsindən azad edib.
Arayış üçün bildirək ki, 1995-ci ildə ordu sıralarından tərxis olunan Ağaverdi Fəttahov hərbi komissarlıq sisteminə keçib və Şuşa və Xocalı rayonlarının hərbi komissarı təyin olunub. Daha sonra 2006-cı ildə Lerik , 2008-ci ildə Tovuz rayonunun hərbi komissarı kimi çalışır. 2012-ci ilin avqustunda yaşa görə təqaüdə göndərilir. 2012-ci ildə işdən azad olunduqdan sonra Ağaverdi Fəttahov bir neçə il müdətində Arzu Rəhimova qarşı heç bir addım atmayıb və ona qarşı hər hansı ittiham irəli sürməyib. Ancaq 2015-ci ildə həmkarının Arzu Rəhimova qarşı şantajı ucurlu oluqdan sonra “Kanal7” internet televiziasına müraciət edərək Arzu Rəhmovu biabır edib. Həmin video ilə tanış olun:
Mənbə bildirib ki, video dərc olunduqdan sonra Arzu Rəhimov polkovnik leytnantla əlaqə saxlayıb və Ağaverdi Fəttahov ondan yenidən rayonların birində rəis vəzifəsinə yollamağı tələb edib. Arzu Rəhimov sabiq işçisinə söz versə də, məsələ bir ildən artıq yubanıb. Və Ağaverdi Fəttahovu yenidən Arzu Rəhimova zəng edərək yenidən xidmət rəisi vəzifəsinə qaytarılmayacacı təqdirdə Arzu Rəhimov haqqında daha ciddi faktlarla çıxış edəcəyini bildirib. Nə qədər qəribə olsa da, Ağaverdi Fəttahovun bu şantajı ucurlu nəticə ilə sonna çatıb. Belə ki, bu ilin oktyabrın 16-da SHXÇDX rəisi Arzu Rəhimov Ağaverdi Fəttahovu Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə təyin edib.
Yəni göründüyü kimi Arzu Rəhimov Ağaverdi Fəttahovun şantajına boyun əyərək onu ölkənin ən böyük rayonlarından birinə xidmət rəisi təyin edib.
Mənbə Rubrika.az-a bildirib ki, belə hallar SHXÇDX rəisi ilə bir neçə dəfə təkrarlanıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26