Interposta.Info

Nərimanov RİH başçısına şok ittihamlar - KORRUPSİYA, DƏLƏDUZLUQ, XƏYANƏT

Ölkə
 5-12-2017, 07:37     10 628

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Abdin Fərzəliyevin mütəşəkkil korrrupsiyasiyasının qurbanları tərəfindən ölkə prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Bir nüsxəsi də Reportyor.org-a təqdim edilən həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik.

HÖRMƏTLİ PREZİDENT!


Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev ÇOVDAROVÇULARDAN daha dəhşətli və mütəşəkkil olan FƏRZƏLİYEVÇİLƏR formalaşdırdığı halda, Sizin Sərəncamınızla Abdin Fərzəliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə əlaqədar Sizə müraciət edirik.
Eyni zamanda, öz xalqından quldurcasına mənimsədiyi 8 (səkkiz) milyon manatın, eləcə də öz dövlətində tutduğu vəzifədən istifadə etməklə əldə etdiyi çirkli pulların yuyulması üçün Rusiya Federasiyasının Həştərxan vilayətində müxtəlif lahiyələr həyata keçirmiş və investisiya qoyuluşları etmiş Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif edilməsinin nə dərəcədə ədalət anlayışı ilə üstüstə düşməsi barəsində də Rusiya Federasiyasının Prezidenti V.V.Putin Cənablarına da müraciət etmişik.
Nərimanov RİH başçısına şok ittihamlar - KORRUPSİYA, DƏLƏDUZLUQ, XƏYANƏT

Belə ki, ÇOVDAROVÇULAR yalnız dövlətin onlara verdiyi statusdan, təmsil etdikləri orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə insanların pullarını zorla mənimsəmişlərsə, FƏRZƏLİYEVÇİLƏR ÇOVDAROVÇULARDAN əlavə olaraq, həm də 160 sosial vəziyyətləri çətin olan ailənin (yəni bizlərin) dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə etməklə mütəşəkkül korrupsiya və dələduzluq yolu ilə 8 (səkkiz) milyon manat pullarını mənimsəmişlər.
Nərimanov RİH başçısına şok ittihamlar - KORRUPSİYA, DƏLƏDUZLUQ, XƏYANƏT

ÇOVDAROVÇULAR müxtəlif kateqoriyalardan olan imkanlı şəxslərin pullarının bir hissəsinə qənim kəsilmişdirlərsə, FƏRZƏLİYEVÇİLƏR sosial vəziyyətləri çətin olan ailələri (bizləri) aldadaraq, kiçik evlərini və torpaq sahələrini satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırtdırmaqla, dövlət layihələrinə uyğun olaraq sökülmüş evlərinin pullarını mənimsəmişlər.
Korrupsiya və dələduzluğa yeni ad qoyuldu - FƏRZƏLİYEVÇİLİK: Nərimanov RİH başçısına şok ittihamlarÇOVDAROVÇULAR yalnız bir dövlət qurumunun məmurlarından ibarət idilərsə, FƏRZƏLİYEVÇİLƏR bir neçə dövlət qurumlarının mütəşəkkil formada birləşmiş məmurlarından və qeyri-sağlam düşüncəyə malik sadə vətəndaşlardan ibarətdir. FƏRZƏLİYEVÇİLƏRİN fəaliyyəti əsasən "PİRAMİDA” formasında təşkil olunmuşdur. "PİRAMİDA”nın üzvləri Nərimanov RİH-in başçısı, Nərimanov RİH-in müvafiq qurumları, Nərimanov RPİ-in müvafiq qurumu, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az. GƏC) sədri, Az.GƏC-in müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının müvafiq qurumları, Məzahir Nəsibov və onun kimi ayrı-ayrı qeyri-sağlam əqidəyə malik şəxslər olmuşlar. Bakı şəhəri Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Az. GƏC-in sədri Səmyar Abdullayev bu mütəşəkkil cinayətkar qrupun ideyaçıları, təşkilatçıları olmaqla bərabər, həm də birbaşa icraçıları olmuşlar. Belə bir səbəb üzündən də, Bakı şəhəri Nərimanov RİH-in adı "korrupsiya və dələduzluq universiteti” kimi məşhurlaşmışdır.
Nərimanov RİH başçısına şok ittihamlar - KORRUPSİYA, DƏLƏDUZLUQ, XƏYANƏT

Adı çəkilən şəxslər olduqca böyük və bağışlanılmaz cinayət hadisəsini həyata keçirmək üçün Nərimanov rayonunun gözdən əlillərə məxsus ərazisində - F.Yusifov küçəsi, 40 ünvanında tikilən 12 mərtəbəli 132 mənzilli binanın yuxarıdakı 8 mərtəbəsini bizlərə satış kimi alət etmişlər. Bu məqsədlə, yuxarıda adları çəkilən dövlət məmurları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, onlar saxta və qanunsuz dövlət sənədləri hazırlamaqla Respublikanın müxtəlif bölgələrində yaşayan və gözdən əlil olmayan 160 şəxsi qeyri-qanuni olaraq rəsmi sənədlərdə əlil kimi göstərmişlər. Bununla da hər birimizin ailəsini qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 123A ünvanında yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus yataqxanaya qeydiyyata almışlar və Bakı şəhər İcra Hakimiyyətinin başçısının aparatının rəhbəri Rasim Quliyevin razılığı ilə bizim hər birimizi Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qanunsuz sərəncamları ilə əlil kimi mənzil növbəsinə götürmüşlər.
Bu saxta və qanunsuz dövlət sənədləri yalnız və yalnız kasıb və imkansız ailələrin pullarına sahib olmaq məqsədi daşımışdır.
Korrupsiya və dələduzluğa yeni ad qoyuldu - FƏRZƏLİYEVÇİLİK: Nərimanov RİH başçısına şok ittihamlarBeləliklə, dövlət məmurları və dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında aidiyyatı vəzifəli şəxslər tərəfindən törədilən yuxarıda göstərilən cinayətin məqsədi sosial vəziyyətləri çətin olan ailələrin (bizlərin) pullarını mənimsəmək, mahiyyəti isə vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həm də həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə sosial vəziyyətləri çətin olan ailələrdən (bizlərdən) mənimsədikləri pulları öz şəxsi məqsədləri üçün istifadə etməkləri olmuşdur. Bu baxımdan hesab edirik ki, baş vermiş cinayətin əsas amili korrupsiyadır. Dələduzluq faktları isə korrupsiya nəticəsində baş vermişdir.
Nərimanov RİH başçısına şok ittihamlar - KORRUPSİYA, DƏLƏDUZLUQ, XƏYANƏT

FƏRZƏLİYEVÇİLƏRİN yuxarıda göstərilən korrupsiya və dələduzluq əməlləri tərəfimizdən aşkarlanarkən, onlar özlərinin əməllərinə hüquqi qiymət verilməməsi, bizlərdən mənimsədikləri 8 (səkkiz) milyon manata tam sahib olmaq, özlərinin və korrupsiyanın gücünün nümayiş etdirmək məqsədilə bizlərə məlumat verilmədən bizlərin barəsində hazırlanmış bütün sənədləri, o cümlədən mənzil növbəliliyi barədə özlərinin verdikləri sərəncamları, əvvəlki qeydiyyatlarımız bərpa olunmadan vətəndaşlıq qeydiyyatlarımızı ləğv etmişlər. Özlərinin ortağı olan və 160 nəfərdən birbaşa pulların alınmasında iştirak edən Məzahir Nəsibovu isə Almaniyada yaşamağa göndərmişlər.
Bu göstərilənlərlə yanaşı, FƏRZƏLİYEVÇİLƏR özlərinin mütəşəkkil korrupsiya və dələduzluq əməllərini Məzahir Nəsibovun üzərinə yönəltməklə, onun barəsində 09.07.2016-cı il tarixdə Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci – "Külli miqdarda dələduzluq” maddəsi üzrə cinayət işi açdırmış və dələduz Məzahir Nəsibovun isə Respublikada olmadığı (qəsdən gətirilmir) nəzərə alınaraq, cinayət işini Nərimanov RPİ-də dayandırtdırmışlar.
Nəhayət, 1 il 6 aydan sonra – 2017-ci ilin may ayında həmin məsələ yenidən baxılması üçün Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir.
Korrupsiya və dələduzluğa yeni ad qoyuldu - FƏRZƏLİYEVÇİLİK: Nərimanov RİH başçısına şok ittihamlarHal-hazırda FƏRZƏLİYEVÇİLƏR tərəfindən planlı və məqsədli şəkildə törədilmiş olduqca böyük və bağışlanılmaz cinayət hadisəsinə yüksək səviyyəli dövlət məmurları və Baş Prokuror tərəfindən şəbəkə halında himayədarlıq edilir. Bunun da nəticəsində Korrupsiya qarşı Mübarizə Baş idarəsində də aparılan istintaq baş vermiş cinayət işinin mahiyyətini əhatə etmir. Belə ki, həmin cinayət işi üzrə araşdırma aşağıdakı 2 istiqamət üzrə aparılır:
• I istiqamət – mütəşəkkil korrupsiya və dələduzduqdan yayınma, ana xətt: baş vermiş mütəşəkkil korrupsiyanın əsas fiquru olan Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin "toxunulmazlığı” gözlənilir. Bu baxımdan da dövlət məmurları tərəfindən, o cümlədən birbaşa Abdin Fərzəliyevin iştirakı ilə normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla hazırlanmış əsassız və saxta sənədlərə və bizlərdən 8 (səkkiz) milyon manatın alınmasına səbəb olan Abdin Fərzəliyevin qanunsuz sərəncamlarına, bu işin sayca 10 nəfərdən çox olan "makler”lərinin dələduzuq əməllərinə hüquqi qiymət verilmir. İstintaq zamanı dövlət məmurları tərəfindən Respublikanın müxtəlif regionlarından olan 160 sosial vəziyyətləri çətin olan (kasıb) ailələrin dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamlarından istifadə olunaraq, mənzil verilməsi adı ilə 8 (səkkiz) milyon manat pullarının mənimsənilməsi faktı təsdiqlənməsinə baxmayaraq, əsassız olaraq 15 günə kimi bu işə baxılmasının rəsmi olaraq dayandırılması gözləniir. Səbəb: Abdin Fərzəliyevin Almaniyaya qaçırtdığı ortağı Məzahir Nəsibovun (160 nəfərdən birbaşa 8 milyon manatın alınmasında iştirak edən) Azərbaycanda olmaması. Baxmayaraq ki, Məzahir Nəsibov skype vasitəsilə istintaqa cəlb olunmuşdur.
Almaniya dövlətinə göndərilən cinayətkar Məzahir Nəsibovun tutularaq Azərbaycan Respublikasına gətirilməsi barədə 09.07.2016-ci il tarixdə məhkəmə qərarının olmasına baxmayaraq, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin qeyri-sağlam məqsədli fəaliyyəti nəticəsində adı çəkilən cinayətkar bu günədək qəsdən Azərbaycana gətirilmir (hətta İNTERPOLA da verilməmişdir). Hüquq mühafizə orqanları əməkdaşları həmin cinayətkarın məskunlaşdığı ərazi barəsində dəqiq məlumata malikdirlər, hətta onunla skype və telefon danışıqları da mövcuddur;
• II istiqamət – I istiqamətə aid olmayan, ancaq baş vermiş bu mütəşəkkil korrupsiyadan istifadə edərək ayrı-ayrı şəxslərin 8 milyon manatdan əlavə müəyyən məbləğdəki dələduzluq əməlləri və bizlərin Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin yataqxanasına qanunsuz olaraq qeydiyyata alınmağımızın Abdin Fərzəliyevin "toxunulmazlığına” zərər gətirməyən hissəsi üzrə araşdırma aparılır və bu prosesdə 2-3 nəfərin Azərbaycan Respublikası CM-nin dələduzluq və saxta sənəd düzəltmə kimi maddələrlə ittiham olnması gözlənilir. Bu da 15 günə yekunlaşmaq üzrədir.
Bu qeyd olunanlarla əlaqədar sual olunur:
 dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanmasına, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla qanunsuz sərəncamların verilməsinə səbəb olan 160-a yaxın ailədən 8 (səkkiz) milyon manat məbləğində pulların mənimsənilməsi – korrupsiya amili deyilmi?
Bununla da hesab edirik ki, Korrupsiya qarşı Mübarizə Baş idarəsi tərəfindən aparılan istintaq da Nərimanov RİH başçısı Abdin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN "eviniz olacaq” adıyla 160 ailəni aldadaraq mənimsədikləri 8 milyon manata tam sahib olmasına köməklik məqsədi daşıyır.
Bu göstərilənlərlə bağlı 2 ilə yaxın müddətdir ki, saysız-hesabsız faktlarla dəfələrlə (600-dən çox) Sizə, Azərbaycan Respublikasının ali və yüksək səviyyəli müvafiq icra və hüquq mühafizə orqanlarına, Milli Məclisinə (hətta 125 deputatın hər birinə), Ombudsmanına, Konstitutsiya Məhkəməsinə olan müraciətlərimizə baxmayaraq, hakimiyyətdə təmsil olunan bu cür dövlət məmurlarının bir-biri ilə sıx korrupsiya əlaqələri olduğu üçün bu günə qədər FƏRZƏLİYEVÇİLƏR barədə heç bir tədbir görülməmiş, onların dövlətə, dövlətçiliyə, siyasi hakimiyyətə, kasıb ailələrə və s. vurduqları maddi və mənəvi zərərlərə göz yumulmuş və onların fəaliyyətlərinə heç bir hüquqi qiymət verilməmişdir.
Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və FƏRZƏLIYEVÇILƏRIN baş rol aldığı müdhiş mənimsəmə və bu kimi faktlar keçirilmiş qısamüddətli mədəni piketlərdə, ölkə mediasında – internet TV-lərdə, saytlarda və qəzetlərdə silsiləli olaraq işıqlandırılmış və Sizin təyin etdiyiniz Abdin Fərzəliyev və FƏRZƏLIYEVÇILƏR ictimaiyyətin, o cümlədən sosia şəbəkələrdə minlərlə insanların qəzəbinə və lənətinə səbəb olmuşlar.
Möhtərəm Prezident! Abdin Fərzəliyevin 160 ailəni "ev vermək” adı ilə aldadaraq, dövlət layihələrinə uyğun olaraq sökülmüş evlərin pullarını, kiçik torpaqlar sahələrini satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırmaqla 8 milyon manatını mənimsəmə, bunların da nəticəsində həmin ailələri 7 (yeddi) ildir ki, acınacaqlı və ağır şəraitə, qohum-əqraba yanında, kirayələrdə yaşamağa düçar edən, intihar vəziyyətlərinə çatdıran, acınacaqlı həyat tərzi ilə sağalmaz xəstəliklərə tutuzduran, hətta bu və bu kimi səbəblərdən bəzilərinin ölümünə, ictimaiyyətin isə qəzəbinə və lənətinə səbəb olan, öz xalqından və dövlətindən tutduğu vəzifədən istifadə etməklə əldə etdiyi çirkli pulları Rusiya Federasiyasının Həştərxan vilayətində investisiya qoyuluşları vasitəsilə leqallaşdıran, əhalinin dövlət orqanlarına olan inamını heçə endirməklə və s. dövlətə, dövlətçiliyə, siyasi hakimiyyətə zərbə vuran və s. kimi fəaliyyətləri Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak kimi qiymətləndirilərək 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi nə dərəcədə ədalətlilik prinsipinə uyğundur?
Bununla da biz anladıq ki, hüquq-mühafizə orqanlarının yüksək səviyyəli məsul işçiləri tərəfindən dəfələrlə bizə deyilən "Sizin kimi balaca adamlara görə cənab PREZİDENTİN qohumu və onun sərəncamı ilə təyin olunan Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev barədə heç bir araşdırma aparılmayacaq” sözləri bizim bilmədiyimiz hansısa qanunauyğunluğun məhsuludur. Onların fikrincə belə şəxslər toxunulmazdır və toxunulmazlıq "MUMYALANMIŞDIR”. Bu baxımdan da korrupsiyanın quldurluqla sintezinin müəllifi olan Abdin Fərzəliyev xüsusi statusa malikdır.
Bu yuxarıda göstərilənlərdən belə qənatə gəlirik ki, Abdin Fərzəliyevin adı çəkilən ordenlə təltif edilməsi FƏRZƏLIYEVÇILƏRƏ əlavə olaraq fövqaladə divident qazandırmışdır. Bundan sonra, yəqin ki, Abdin Fərzəliyevin insanları korrupsiya məngənəsində sıxmaq planlarını, onun bahalı silahları ilə insan ovu əvəz edəcəkdir. O, sürü ilə olan itlərini insan əti ilə yemləyəcək, ovladıqları insanların mənzillərini isə quldurcasına tar-mar etdirəcəkdir.
Möhtərəm Prezident İlham Əliyev Cənabları! Artıq, əlaqədar dövlət məmurlarının qeyri-sağlam məqsədli fəaliyyətləri nəticəsində korrupsiyanın «qanun», korrupsionerin isə «ədalətli» hökmdar olmasına, o cümlədən onların öz korrupsiya qurbanları barədə içtimaiyyətdə mənfi rəy, «yaramaz obraz» formalaşdırmasına və s. səbrimiz çatmır. Hal-hazırda bütün bu ortalıqda qalan ailələrin Sizlərə böyük ehtiyacı var. Sizdən xahiş edirik ki, dövlət məmurlarının yuxarıda göstərilən qanunsuz hərəkətləri, bu cür qanunsuz hərəkətlərin ört-basdır edilməsində bir-birlərinə yardım edən, şəbəkə halında korrupsiyalaşmış dövlət məmurları barədə tədbir görəsiniz, müvafiq qanunvericiliyə uyğun bizim hüquqlarımızın bərpasına və bizə vurulmuş zərərin ödənilməsinə göstəriş verəsiniz.
Reportyor.org

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26