Interposta.Info

Abdin Fərzəliyev və Şahmar İbadov prezidentə asi düşüblər - İDDİA

Ölkə
 7-02-2018, 10:33     10 059

Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev və müavini Şahmar İbadov narazıdırlar. "XeberBiz" xəbər verir ki, bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, hər iki məmur prezident İlham Əliyevin Yasamala yeni icra başçısı təyinatı haqda sərəncamından sonra aqressiv durumdadırlar.

Səbəb isə həmin vəzifəyə Ş.İbadovun gətirilməsi üçün etdikləri cəhdlərin nəticəsiz qalmalarıdır: “Sərəncam verilən gündən Nərimanov İH-də aqressiv mühit, qanqaraçılığı hökm sürür. Abdin Fərzəliyev və Şahmar İbadov onlara istəklərini reallaşdırmağa mane olan məmurlara qarşı cəbhə açmağa hazırlaşırlar. Yaxın günlərdə mediada böyük bir kampaniyanın başlayacağı gözlənilir”.

Qeyd edək ki, mənbə hədəfdə olan yuxarı səviyyəli məmurun adını da çəkib, lakin müəyyən səbəblərdən qeyd etmirik.

Qeyd edək ki, bir neçə gün əvvəl prezident sərəncamı ilə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vəzifəsindən alınaraq aylardır boş qalan Yasamal rayon icra başçısı postuna təyin edilib.

Yasamal RİH-in keçmiş başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edildikdən sonra mediada Nərimanov rayon icra başçısının birinci müavini Şahmar İbadovun onun yerinə gəlməyə hazırlaşdığı, başçı Abdin Fərzəliyevin isə ona dəstək olması haqda məlumatlar dolaşırdı.

Mənbəmiz bildirir ki, Ş.İbadovun oğlunun törətdiyi ölümlə nəticələnən qəza, eyni zamanda, onun olduğu bildirilən oteldə ərəb turistin ölümü ətrafında yaranan söz-söhbətlər onların cəhdlərinin uğursuzluqla nəticələnməsinə səbəb olub: “Vəziyyət hətta o həddə çatıb ki, hər iki məmur ölkə başçısına qarşı asi düşüblər”.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26