Interposta.Info

Prezident iki icra başçısını işdən çıxardı - Yeni təyinat (SƏRƏNCAM)

Siyasət / Manşet
 19-01-2022, 13:28     494

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamlla Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident Abdin Fərzəliyevi Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26