Interposta.Info

Şəkidə "BMW" qəza törətdi - VİDEO

Ölkə
 26-10-2017, 14:28     9 161

Hadisə Salman Mümtaz küçəsində baş verib.

ARB TV xəbər verir ki, Zaqatala sakini "BMW" markalı Vaqif Hacıyevə məxsus avtomobillə, Şəki rayon Kiçik Dəhnə kənd sakini Bəylər Hüseynova məxsus "VAZ 21 06" markalı avtomobil toqquşub.

"BMW" yolun hərəkət hissəsindən çıxaraq beton plitələrə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb "BMW"-nin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26