Interposta.Info

Bakıda fantastik qiymətə danışan tutuquşu satılır

Ölkə
 29-09-2017, 07:26     10 407

Bakıda 100 min manata tutuquşu satılır.

"XeberBiz" Xəzər TV-yə istinadən məlumatına görə, onu bu qədər bahalı edən nitq qabiliyyətinin olmasıdır. “Qu-Qu” adlı tutuquşu 30-35 söz bilir.

Quşun sahibi Ramil Qədimov 6 yaşlı tutuquşunu 4 il əvvəl başqa birindən alıb. Danışmağı sevən quş, çox vaxt evdə tək qalır. Bərbər işləyən Ramil Qədimov bunun quşun sağlamlığına və nitqinə pis təsir etdiyini deyir. Məhz bu səbəbdən də onu satmaq istəyir. Saytlara elan verən Ramil Qədimovun dediyinə görə, ona daha çox Türkiyə vətəndaşları zəng edir.

Tutuquşu günəbaxan tumu, giləmeyvələrlə qidalanır. Çəhrayı quyruqlu, boz quş kaprizləri ilə də diqqət çəkir. Qəfəsdə dəyişiklik etdikdə küsəyənliyini və etirazını günlərlə yemək yeməməklə bildirir.

Tutuquşunun sahibi onu bilərəkdən bu qiymətə satır. Quşun gələcək taleyindən narahat olan Ramil Qədimov, maddi dəyəri çox olduğundan yeni sahibinin ona yaxşı baxacağını deyir. Onu satın alan şəxs, Ramil Qədimovla müqavilə imzalamalıdır. İndiki sahibi tutuquşunu satdıqdan sonra da ziyarət etmək şərti ilə satır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26