Interposta.Info

Ramil Quliyev Avropanın ən yaxşı kişi atletləri sırasında

İdman
 4-10-2017, 18:22     8 281

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb

interposta.info-ın Avropa Atletika Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb.

Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldir.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26