Interposta.Info

Ramil Quliyev "Almaz liqası"nda ikinci oldu

İdman
 7-09-2019, 13:28     10 395

Azərbaycan əsilli atlet Ramil Quliyev Beynəlxalq Atletika Federasiyası İttifaqı tərəfindən təşkil edilən "Almaz liqası"nda mübarizə aparıb.

Brüsseldə baş tutan yarışda Türkiyəni təmsil edən idmançı 200 metr məsafəni 19,74 saniyəyə qaçaraq 2-ci yeri tutub.

Amerikalı atlet Noah Layls 19,86 saniyə nəticə ilə birinci olub. Kanadalı Andre de Qrasse isə 19,87 saniyə ilə yarışı 3-cü yerdə tamamlayıb.

Qeyd edək ki, Dünya və Avropa çempiona olan Ramil Quliyev "Almaz liqası"nda bu mövsüm ərzində ən yaxşı nəticəsini əldə edib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26