Interposta.Info

Ramil Quliyev Londonda kabab bişirdi -

İdman
 14-08-2017, 07:26     10 483

Yüngül atletika üzrə dünya çempionu Ramil Quliyev İngiltərədəki türk restoranlarından birində dönər kəsib, kabab bişirib.

Axar.az xəbər verir ki, Türkiyə milli komandasının üzvləri ilə birgə Londondakı restoranlardan birinə gedən azərbaycanlı idmançı bıçağı alıb dönər kəsdikdən sonra kabab bişirib.

Ramil Quliyevin bu hərəkəti ətrafdakıların marağına səbəb olub.

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.

interposta.info
Ramil Quliyev Londonda kabab bişirdi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26