Interposta.Info

Kürdəmirli futbolçuya 2 milyon qiymət qoyuldu

İdman
 15-06-2017, 07:32     708

“Trabzonspor” futbolçusu Ramil Şeydayevi “Jilina”ya satmaq qərarı verib.

Qol.az-ın xəbərinə görə, bu haqda Türkiyənin “Fotospor” nəşri məlumat yayıb. Bildirilib ki, Slovakiya klubu son mövsüm 12 oyunda 6 qol vuran və 2 qolun ötürməsini edən millimizin 20 yaşlı hücumçusunu birdəfəlik almaq üçün Qara dəniz təmsilçisinə 500 min avro təklif edib.

“Tranzonspor” isə əvvəlcə “Jilina”dan 2 milyon avro təzminat istəyib. Sonradan isə türk klubu çox bazarlıq etmədən Ramili uyğun qiymətə satmağı qərara alıb.

Xatırladaq ki, R.Şeydayev bu qış transfer dönəmində “Tranzonspor”dan “Jilina”ya keçib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26