Interposta.Info

Şeydayev "Jilina"da

İdman
 11-02-2017, 15:41     612

Şeydayev "Jilina"da

Azərbaycan yığmasının gənc hücumçusu Ramil Şeydayevə AFFA-nın klub axtardığını dekabrda yazmışdıq. Artıq Fanat.Az-ın yaydığı informasiya doğrulub, futbolçu Slovakiya “Jilina”sına göndərilib və bu haqda məlumat da asossiasiyanın rəsmi saytında əksini tapıb.

Bəs görəsən “Trabzonspor”un tələb etdiyi yüksək məbləğə və qəpik-quruşa oynamağa razılaşmayan Şeydayevin arzuladığı məvacibə görə düşən düyün necə açılıb? İş ondadı ki, AFFA pul məsələsində Trabzon təmsilçisiylə dil tapmağı bacarıb. Müəyyən güzəştə razılaşan Türkiyə klubu “Jilina”dan bir qəpik də almayıb. İşi Elxan Məmmədov yoluna qoyub. Əvəzində slovaklar futbolçumuzun start “11-lik”də olacağıyla bağlı öhdəlik götürüb. Ramilin icarə əsasında oynadığına görə hazırkı klubunu ciddi xərcə salmayacağı da dəqiqdi. AFFA perspektivli gəncdən köməyini əsirgəməyəcək. Qısası, məvacibin 50 faizi neftin pulundan ödəniləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26