Interposta.Info

Şeydayev ikinci liqaya göndərildi -

İdman
 17-04-2017, 13:53     496

Millimizin hücumçusu Ramil Şeydayev şərəfini qoruduğu Slovakiya “Jilina”sının ikinci komandasında oyuna çıxıb. Fanat.Az xəbər verir ki, forvard “Jilina B”nin heyətində 2-ci liqada “Koşitse”yə qarşı top qovub.

Oyun Ramilin komandasının 5:1 hesablı qələbəsiylə yekunlaşıb. Meydana start heyətində çıxan və 63-cü dəqiqədə əvəzlənən Şeydayev 20-ci dəqiqədə “sarılar”ın ikinci qoluna imza atıb.

Yığma üzvünün 2-ci komandada oynamasının da səbəbi bəllidi. “Jilina” Superliqanın 27-ci turunda “Spartak”la qarşılaşmalıydı. Lakin Myava təmsilçisi qışda elitadan uzaqlaşdırıldığından məcburi istirahət qaçılmaz olub. Belədə əsas komandanın futbolçularına 2-ci liqada oynamaq tapşırığı verilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26