Interposta.Info

Azərbaycanda baha qiymətə satılan quşlar (FOTOLAR)

Ölkə
 10-04-2021, 15:03     522

Azərbaycanda satılan bu quş növlərinin qiyməti təəccübə səbəb olub. Bununla bağlı alış-veriş saytlarında elanlar yerləşdirilib.

"İnterPosta" qiymətləri 6000 - 1500 manatdan arasında dəyişən həmin heyvanları təqdim edir:

6000 manata tutuquşu satılır. Elan sahibinin bildirdiyinə görə, heyvan danışır və pasportu var.

Quranda adı çəkilən əbabil quşu üçün sahibi 6000 manat qiymət qoyub.

Saytda 6000 manata satılan quş növlərindən biri də Tovuzquşudur.

Qara qu quşları Cüt şəkildə 4000 manata satışa çıxarılıb.

Tutuquşunun Jako (boz tutuquşular) növünə isə sahibi tərəfində 2500 manat qiymət qoyulub. Elan sahibinin bildiriyinə görə bu quşlar danışır, çox söz bilir.

Digər elan sahibi isə həyətindəki tutuquşunu 1500 manata satışa çıxarıb.

1200 manat qiymət qoyulan tutuquşu növləri də sayt vasitəsi ilə satışa çıxarılıb.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26