Interposta.Info

Təhsil Nazirliyi

Ölkə
 20-09-2017, 14:29     10 371

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparılır.

Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C. Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.

M. Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C. Valehov bunun həqiqətə uyğun olmadığını söyləyib.

"Liseyin direktoru Məhbubə Məmmədova işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, - deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26