Interposta.Info

İmişlilər rayon rəhbərliyini axtarırlar - Unudulan ŞƏHİD küçəsi

Ölkə
 13-09-2017, 16:38     10 342

İmişli rayon sakinləri rayonun rəhbərliyinə mətbuat üzərindən müraciət etdilər.

interposta.info-a müraciət edən imişdililər bildirirlər ki, ŞƏHİD adına olan küçə rayon rəhbərliyi tərəfindən unudulub.

Müraciəti olduğu kimi təqdim edirik


İmişli şəhəri Natavan, R.Cabbarlı küçələrində və ətraf ərazidə yaşayan bir qrup sakinlərin kollektiv müraciəti


İmişli şəhəri R.Cabbarlı küçəsinin qurtaracağında,“köhnə aeroport” adlanan ərazinin yaxınlığında son dövrlər yeni fərdi yaşayış evlərinin tikintisi kütləvi hal almış, hazırda həmin ərazidə demək olar ki, böyük yaşayış massivi salınmışdır. Lakin yollarımız və küçələrimiz tamamilə yararsız vəziyyətdədir, yağışlar zamanı gediş gəliş tamamilə məhdudlaşır, xüsusilə məktəblilərin yolla hərəkəti çətinləşir, çala çuxurlardan maşınla hərəkət etmək mümkün olmur.Təxminən min metr olan və torpaqlarıızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Cabbarlı Rəşad Tahir oğlunun adını daşıyan küçədə hərəkət etmək mümkün deyil. Həmçinin Natavan küçəsinin qurtaracağında yolun birbaşa mühafizə zolağında elektrik transformatoru quraşdırılmışdır ki, yol tamamilə məhdudlaşdırılmışdır. Bundan istifadə edən həmin ərazidəki sakinlərin bəziləri həyatyanı sahələrini genişləndirərək yolun bir hissəsini zəbt etmişdir ki, bu da yolun xeyli hissəsinin bir tərəfli olmasına səbəb olmuşdur. Ümumiyyətlə Natavan küçəsi və həmin küçəyə bitişik digər küçələr uzun illərdir baxımsızlıqdan tamamilə yararsız vəziyyətdədir, ərazidə yerləşən 8 saylı məktəbin kənarında zibillik həftələrlə təmizlənmir, bəzən zibil tullantıları çoxalıb yolun bir hissəsini tutur.
Sizdən xahiş edirik ki, qeyd olunan küçələrin təmir olunmasına, zibil tullantılarının vaxtında yığılmasına, yolları məhdudlaşdıran maneəlarin aradan qaldırılmasına, transformatorun yerinin dəyişdirilib daha münasib əraziyə keçirilməsinə mümkün olan köməkliyi göstərəsiniz.

interposta.info sonda onuda xatırladır ki, rayon sakinləri ümid edirik ki, İmişli rayon İcra hakimyəti müraciətdə qeyd olunan məsələləri qısa müddətdə həll edəcək, şəhid adını daşıyan küçədə təmir-bərpa işləri gördürəcək və yuxarı instansiyalara fakt və görüntülərlə müraciətə etiyac qalmayacaq.

R.Cabbarlı küçəsinin sakinləri adından:

Hüseynov Rəşad Səftər oğlu
Rzayev Elxan Nəriman oğlu
Kərimov Namiq Rəhim oğlu
Məmmədova Aidə Xalıq qızı
Həmidov Malik Əliqulu oğlu
Babayev Asif Babakişi oğlu
Səfərov Cəbrayıl Əli oğlu
Əmirov Balabəy Fazil oğlu
Əzizov Əziz Səhliyalı oğlu
Baxışov Xalid Zahid oğlu
Məmmədov Məmməd Əslan oğlu
Əlizadə Rəsul Allahyar oğlu
Əliyev Əlikram Köçüb oğlu
Əsədov Əliş Məhəmməd oğlu
Vəliyev Elşən Süleyman oğlu
İsmayılov Ruslan Saleh oğlu
Nəbiyev Kənan Kazım oğlu
Qarayev Elnur Hacıbala oğlu
Gülməmmədov Nicat Yasin oğlu
Mirzəyev Cəsarət Qurbanəli oğlu
Baxışov Ziya Vidadi oğlu
Nəzərov Niyazi Nəcəfxan oğlu

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26