Interposta.Info

Şəhid Milli Qəhrəmanının adını daşıyan parkı işbazlara satmaq istəyirlər-

Ölkə
 18-05-2017, 10:07     572

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Cavanşir Rəhimovun adını daşıyan parkın ərazisinə işbazların göz tikməsi barədə qaziler.az saytının reaksiyasına məlumat daxil olub.

Məlumatda deyilirdi ki, abadlıq adı ilə parkın bir hissəsini yaşayış binası və şadlıq sarayı tikilməsi üçün satmaq istəyirlər. Ona görə də uzun müddətdir parkı baxımsız qoyublar. Bununla bağlı saytımızın əməkdaşı sözügedən əraziyə yollanaraq Milli Qəhrəmanımızın adını daşıyan parkda olub. O, ərazi dəmir hasara alındığını, şəhid qəhrəmanımızın abidəsinin isə uçub dağıldığının şahidi olub. Bəzi ağaclar quruyub qırılmış haldadır. Hətta parkda at otladığını da görüb və bütün bunları lentə alıb.

Əməkdaşımız ərazidə 2-ci qrup Qarabağ əlili Rövşən Mirzəyevlə rastlaşdıq. O, da parkın baxımsız vəziyyətdə olduğunu, sakinlərin bundan çox narahat olduğunu dedi.

Şəhid Milli Qəhrəmanın anası Lalə Rəhimova parkın satılması ilə bağlı məlumatsız olduğunu desə də ərazinin hazırkı durumundan narazı olduğunu söylədi. O, bildirdi ki, parkın baxımsız qalması, abidənin uçub dağılmasından narahat olduğu üçün dəfələrlə müvafiq qurumlara müraciət edib. Amma hələ də konkret nəticə yoxdur: “Mən şəxsən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun qəbulunda olmuşam. Parkın baxımsız, abidənin isə uçub dağılmasını ona demişəm. Mənə söz veriblər ki, park abadlaşdırılacaq, abidə də təmir olunacaq. Amma düz beş ildir ki, konkret nəticə yoxdur. O günü bizim küçəni asfaltlayanda başçının müavini Etibar müəllimi gördüm. Dedi, park düzələcək. Amma ta inanmıram! Gör neçə ildir belə bərbad vəziyyətdir”

interposta.info


Şəhid Milli Qəhrəmanının adını daşıyan parkı işbazlara satmaq istəyirlər-
Şəhid Milli Qəhrəmanının adını daşıyan parkı işbazlara satmaq istəyirlər-
Şəhid Milli Qəhrəmanının adını daşıyan parkı işbazlara satmaq istəyirlər-
Politico.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26