Interposta.Info

Şəhid anası dəfn edildi -

Ölkə
 7-02-2018, 19:01     10 340

Xəbər verdiyimiz kimi "20 yanvar" hadisəsinin simvollarından biri, İlham-Fərizə ailəsinə ağır itki üz vermiş, İlham Allahverdiyevin anası Ofeliya xanım vəfat edib.

Şəhid anası bu gün dəfn olunub.

Qaziler.az bildirir ki, dəfndə millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin mərkəzi aparatının nümayəndələri, Qarabağ Qazilər İctimai Birliyinin, 20 Yanvar Cəmiyyətinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Fred Asif adına Milli Qəhrəmanları İnkişaf Fondunun nümayəndələri, “Xural“ qəzetinin baş redaktoru Əvəz Zeynallı və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, mərhumun üç, yeddi mərasimi cümə günü, fevral ayının 9-da Yeni Yasamalda keçiriləcək.

interposta.info dəfndən hazırlanmış fotonu təqdim edir:

Şəhid anası dəfn edildi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26