Interposta.Info

Aşıq Ədalət Qazaxda dəfn edildi

Ölkə
 15-09-2017, 17:44     9 657

Qazax şəhərində Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasimi keçirilib

Virtualaz.org-un məlumatına görə, mərhumla vida mərasimi Qazax Rayon Mədəniyyət Evində təşkil olunub.

Mərasimdə Aşıq Ədalətin ailə üzvləri və yaxınları ilə yanaşı, Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra mərhum Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26