Interposta.Info

Aşıq Ədalətin vəziyyəti ağırlaşdı -

Müxtəlif
 14-09-2017, 15:47     10 426

Azərbaycanın Aşıq sənətinin görkəmli nümayəndələrindən olan Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibovun səhhətində ciddi problemlər yaradıb.

BAKU.WS xəbər verir ki, bu barədə Aşıq Ədalətin yaxını Firdovsi Umudov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, ustadın səhhətinin normallaşması üçün əllərindən gələni edirlər.

“Ədalət Nəsibovun səhhətindəki problemlər son günlər hamımızı narahat edir. Ustadımızın sağlıq durumunun normallaşması üçün nə lazımdırsa edilir və ediləcək. Sizdən tək xahişim Aşıq Ədalətin tez bir zamanda sağalması üçün dua etməyinizdir. Dualarınızı əsirgəməyin!”, - deyə Firdovsi Umudov qeyd edib.

interposta.info
Aşıq Ədalətin vəziyyəti ağırlaşdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26