Interposta.Info

Çal, Ədalət, çal, ağa-bəy havasıdır... -

Müxtəlif
 15-09-2017, 07:34     10 549

Məşhur saz ustadı, “Yanıq Kərəmi”, “Baş sarıtel”, "Ruhani" və başqa saz havalarının bənzərsiz ifaçısı Aşıq Ədalət Nəsibov bu gün vəfat edib.

Kult.az xatırladır ki, Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda anadan olub. Saz çalmağı atası Məhəmmədəlidən öyrənib. Ustadı aşıq Əli isə onun əsl sənətkar kimi yetişməsində böyük rol oynayıb.

Aşıq Ədalət misilsiz ifaları ilə hələ gənc yaşlarından ölkədən və Azərbaycandan kənarda məşhurlaşıb. Buna görə də “Yeddi oğul istərəm” filminə dəvət alıb və burda Aşıq Ədalətin məhz “Yanıq Kərəmi”si əbədiləşib.

Aşıq haqqında bir çox qələm sahibləri qürurla danışırdı. Türkiyə yazıçısı Əziz Nesin Aşıq Ədalətdən danışarkən, "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”, - sözlərini demişdi.

Qeyd edək ki, Ədalət Nəsibov qırtlağında xərçəng xəstəliyindən əziyyət çəkirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26