Interposta.Info

Tanınmış aşıq vəfat etdi

Ölkə
 28-05-2019, 09:04     10 449

Güney Azərbaycanın tanınmış musiqi ustadlarından olan aşıq Ələsgər Mosen vəfat edib.

İnterPosta.info
teleqraf.com-a istinadən xəbər verir ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən aşıq Binab şəhərindəki evində dünyasını dəyişib.

Mərəndli Aşıq Ələsgər adı ilə tanınan ustad sənətkar 1940-ci ildə Binabda dünyaya göz açıb. O, aşıq sənəti və qopuz çalmağı aşıq Mir Fərəcullah Nicatidən öyrənib.

Aşıq Ələsgər şeirləri ilə də məşhurdur, onun türk dilində qələmə aldığı çoxlu sayda şeirləri var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26