Interposta.Info

Prezident 1 fərman, 2 sərəncam imzaladı

Ölkə
 23-08-2017, 19:04     9 514

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

interposta.info xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturu” təsdiq edilir və müəyyən edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir, Azərbaycan Respublikasının Nazirlər Kabineti zərurət olduqda Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Şirvan Əbilovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə Şirvan Rəşid oğlu Əbilov “Tərəqqi” medalı ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 442) aşağıdakı dəyişikliklər edilib:

1-ci hissədə “22” rəqəmləri “28” rəqəmləri ilə, “267” rəqəmləri “271” rəqəmləri ilə əvəz edilsin, həmin Sərəncamın əlavəsi olan “İçməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı” yeni redaksiyada verilsin (əlavə olunur).

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26