Interposta.Info

PKK-nın qəribə hiylələri –

Ölkə
 10-08-2017, 10:34     10 437

Türkiyə ordusunun zərbələri nəticəsində çətin vəziyyətə düşən PKK müasir hərbi texnologiyalardan gizlənmək üçün qəribə vasitələrdən istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarından yaxa qurtarmağa çalışan və bir-birinə informasiya ötürmək istəyən terrorçuların bunun üçün televiziya kanallarından istifadə etdiyi məlum olub. PKK-ya xidmət etdiyi bildirilən bir çox yerli televiziya kanalının “Son dəqiqə” başlığı altında Türkiyə ordusunun təcili əməliyyatları barədə terrorçuları xəbərdar etdiyi bildirilib. Bundan əlavə partlayıcı vasitə yerləşdirmək üçün çalışan terrorçuların pilotsuz uçan aparatlara yaxalanmamaq üçün çətirdən istifadə etdiyi müəyyən edilib. PKK-çıların bir digər hiyləsi isə termal kameraların nəzarətindən gizlənmək üçün alüminium kağızdan (falqa) hazırlanmış xüsusi geyimlərdən istifadə etmək olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26