Interposta.Info

Yevlaxda xəstəxana yanıb: içəridə 40-a yaxın xəstə varmış

Ölkə
 28-07-2017, 00:35     9 990

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Yanğının genişlənməsi təxliyyə prosesini çətinləşdirib.

Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıbmış. Onların xilas edilməsində ciddi problemlər yaranıb.

Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

Son məlumatlara əsasən, Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, yanğın söndürülüb. Lakin hələ də tüstülənmə qalır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26